Dünya 12:23 20.12.2023

Lavrov Rusiya-Ərəb forumunda iştirak etmək üçün Mərakeşə getdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya-Ərəb Əməkdaşlıq Forumunda iştirak etmək üçün Mərakeşə gedib. 

Valyuta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Agentliyin məlumatına görə, Lavrovun təyyarəsi dekabrın 20-də səhər saatlarında Mərakeş-Menara hava limanına enib.

Bundan əvvəl Lavrov bildirmişdi ki, dünya dövlətlərinin əksəriyyəti çoxqütblü arxitektura çərçivəsində mövcud olmaq istəyir və bunun gücləndirilməsi lazımdır. Onun sözlərinə görə, "gözümüzün qarşısında yeni, daha ədalətli çoxqütblü dünya nizamı qurulur” və dünya dramatik dəyişiklikləri yaşayır.

Sentyabrda Lavrov Burkina Faso xarici işlər naziri Oliviya Rouamba ilə təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib. O qeyd edib ki, Burkina Faso Rusiyanın buğda tədarük etmək qərarına gəldiyi ölkələr sırasındadır. Bundan əlavə, tərəflər əməkdaşlığın bütün aspektlərini nəzərdən keçirmək üçün birgə komissiyanın yaradılması imkanlarını müzakirə ediblər.

Alpər