
Hafiz Hacıyevin partiyası hüquq müdafiəçisi Leyla Yunusun evinin qarşısında piket keçirmək üçün BŞİH-nin başçısı Hacibala Abutalıbova məktubla müraciət edib.
Aktual.az-in məlumatına görə, məktubda qeyd edilib ki, MMP Qadınlar Şurasının üzvləri hüquq müdafiəçisi Leyla Yunusun Azərbaycana qarşı apardığı təbliğata, ölkə qanunlarına hörmətsizlik etməsinə, xarici ölkələrin agentura mənbəyi olmasına və ölkədə qarışıqlıq yaratmaq istəyən qüvvələrlə işbirliyinə etiraz əlaməti olaraq onun evinin qarşısında 15.07.2014-cü ildə saat 12.00-da piket keçirmək istəyirlər.
Məktub artıq BŞİH-nə göndərilib.
Qaynar.info