Xəbər lenti

Litva parlamenti Rusiyanın hərəkətlərini soyqırım adlandırdı
Dünya13:52 10.05.2022

Litva parlamenti Rusiyanın hərəkətlərini soyqırım adlandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Litva parlamenti yekdil səsvermə ilə Rusiyanın Ukraynadakı hərəkətlərini soyqırım və terrorizm adlandırıb.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Litva parlamentinin təklifində deyilir. 
Baş nazir İnqrida Simonite dəstəyi ilə hazırlanan təklifdə deyilir ki, Rusiyanın müharibə cinayətlərinə mülki insanların qəsdnən öldürülməsi, kütləvi zorlama, Ukrayna vətəndaşlarının məcburi Rusiyaya yerdəyişməsi, iqtisadi infrastrukturun və mədəni abidələrin dağıdılması aiddir. 
"Hərbi qüvvələri qəsdən və sistemli şəkildə bombardman üçün mülki hədəfləri seçən Rusiya Federasiyası terrorizmi dəstəkləyən və həyata keçirən ölkədir”,- Litva parlamentinin təklifində deyilir. 
Qeyd edək ki, bundan əvvəl eyni qərarı Kanada parlamenti də vermiş və Rusiyanın hərəkətlərini soyqırım adlandırmışdı. 
Nurlan Hüseynov