Xəbər lenti

Lukaşenko: "Nüvə uçurumu”nun qarşısını almaq üçün Ukrayna müharibəsi bitməlidir
Dünya07:52 22.07.2022

Lukaşenko: "Nüvə uçurumu”nun qarşısını almaq üçün Ukrayna müharibəsi bitməlidir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moskva, Kiyev və onun Qərb müttəfiqləri "nüvə müharibəsi uçurumundan” qaçmaq üçün Ukraynada müharibəni dayandırmağa razı olmalıdırlar.
Qaynarinfo "Aljazeera” saytına istinadla xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
A. Lukaşenko AFP xəbər agentliyinə müsahibəsində deyib ki, "biz dayanmalı, razılığa gəlməli, Ukraynadakı bu qarışıqlığa, əməliyyata və müharibəyə son qoymalıyıq”.
O, həmçinin bildirib ki, əməliyyatın davam etməsi dünyanı nüvə müharibəsinə aparır:
"Gəlin dayanaq, sonra yaşamağa necə davam edəcəyimizi anlayacağıq... Daha irəli getməyə ehtiyac yoxdur. Daha sonra nüvə müharibəsinin uçurumu var. Ora getməyə ehtiyac yoxdur”. 
A.Lukaşenko müharibədə günahı Qərbin üzərinə atıb, onu Rusiya ilə münaqişəyə can atmaqda və qan axıdılmasını təhrik etməkdə ittiham edib.
"Siz müharibəni qızışdırdınız və onu davam etdirirsiniz. Əgər Rusiya sizdən, NATO üzvlərindən qabağa getməsəydi, siz təşkilatlanıb ona zərbə endirərdiniz”, - o əlavə edib.
Lukaşenko bildirb ki, Moskvaya Qərb dövlətlərindən istədiyi "təhlükəsizlik zəmanəti” verilsəydi, nəticənin qarşısını almaq olardı.
Belarus prezidenti Ukrayna hakimiyyətini "danışıqlar masasına oturmağa və Rusiyanı heç vaxt təhdid etməyəcəklərinə razılaşmağa” çağırıb.
"Hər şey Ukraynadan asılıdır. İndiki məqamın özəlliyi ondan ibarətdir ki, bu müharibə Ukrayna üçün daha məqbul şərtlərlə başa çatdırıla bilər”.
Nurlan Hüseynov