Fransanın Avinyon şəhərində
islamçı şüarlar səsləndirən bir adam bıçaqla polis məmurlarına hücum edib və
cavab atəşi ilə öldürülüb.
Qaynarinfo xəbər
verir ki, bu haqda məlumatı Fransız mətbuatı yayıb.
Eləcə də bildirilir
ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində bir nəfər Fransa konsulluğuna hücum
edib və saxlanılıb. İtki olmadığı deyilir.
Bundan əvvəlsə
Fransanın Nice şəhərində İslamçı şüarlar səsləndirən başqa bir adam Notr Dam
kilsəsinin ibadətçilərinə hücum edərək üç nəfəri öldürüb, bir neçə nəfəri
yaralayıb. Hücum edən şəxs özü güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Rəsmi
şəxslər baş verənlərin terror hücumu olduğunu bildiriblər.
Alpər
Şərhlər