Xəbər lenti

Dünya 10:29 12.02.2026

"Manchester United"in həmsahibi miqrantları Britaniyanı müstəmləkə etməkdə günahlandırır

"Manchester United" futbol klubunun həmsahibi Cim Retkliff Böyük Britaniyanın miqrantlar tərəfindən kolonizasiya edildiyini bildirib. 

Qaynarifno xəbər verir ki, onun sözlərinə görə, ölkə iqtisadiyyatı miqrantlara sosial müavinətlərin ödənilməsi zərurəti səbəbindən yaxşı vəziyyətdə deyil.

"Məncə, iqtisadiyyat ən yaxşı durumda deyil. Buna yol vermək olmaz. 9 milyon insan müavinət aldığı və ölkəyə çoxlu sayda immiqrant gəldiyi halda iqtisadiyyatı saxlamaq mümkün deyil... Bu, çox baha başa gəlir. Böyük Britaniya immiqrantlar tərəfindən kolonizasiya olunub", deyə o, "Sky News"a müsahibəsində bildirib.

"The Guardian" qəzetinin yazdığına görə, ötən ilin avqustunda britaniyalıların 48 faizi immiqrasiyanı ölkənin əsas problemlərindən biri adlandırıb. Bununla yanaşı, rekord həddən sonra ölkəyə daxil olanların sayı azalır.

Ötən ilin sentyabrında Londonda son bir neçə onilliyin ən böyük kütləvi aksiyası keçirilib. Yüz mindən çox iştirakçı miqrantlara qarşı çıxaraq hökumətin istefasını tələb edib. Aksiya polis ilə toqquşmalarla nəticələnib və onlarla şəxs saxlanılıb.

Aydın
--> -->