Xəbər lenti

Mane
İdman 11:36 30.05.2022

Mane "Liverpul"dan ayrılıb Bundesliqaya gedir

"Liverpul"un uğurunda mühüm rol oynayan Sadio Manenin yeni dayanacağının "Bavariya" olacağı bildirilir.

Qaynarinfo xəbər verir ki, Liverpul təmsilçisində tez-tez Məhəmməd Salahın kölgəsində qalması xəbərləri ilə gündəmə gələn Sadio Manenin İngiltərə komandasından ayrılıb "Bavariya" ya keçmək üzrə olduğu bildirilib. İngiltərə və Almaniya mətbuatında yer alan xəbərə görə; Mane Çempionlar Liqasının finalından sonra komanda yoldaşları ilə vidalaşıb.

6 ildir "Liverpul"un formasını geyinən 30 yaşlı futbolçunun "Liverpul"la müqaviləsi 2023-cü ilin sonuna qədər nəzərdə tutulub. Bu səbəbdən İngiltərə təmsilçisi onun satışından gəlir əldə etmək niyyətindədir. Bild qəzeti "Bavariya"nın Mane üçün 30 milyon avro ödəyəcəyini yazıb.

Mane bu mövsüm "Liverpul"un heyətində meydana çıxdığı 50 oyunda 23 qola, 5 məhsuldar ötürməyə imza atıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->