Xəbər lenti

İdman 12:10 25.02.2023

Marselonun yeni klubu müəyyənləşdi

"Real"ın sabiq futbolçusu Marselonun yeni klubu müəyyənləşib. 

Qaynarinfo xəbər verir ki, "Olimpiakos"la yolları ayıran braziliyalı sol cinah müdafiəçisi ölkəsinə qayıdıb. O, keçmiş komandası "Fluminense"yə transfer olunub.

Braziliya təmsilçisindən verilən açıqlamada 34 yaşlı müdafiəçisi ilə 2024-cü ilin dekabrına qədər müqavilə imzalandığı qeyd edilib.

"Real"da 15 illik karyerasından sonra ötən ilin sentyabrında "Olimpiakos"a transfer olunan Marselo yunan klubunda 10 oyun keçirib və 3 qol vurub.

Təcrübəli futbolçunun ABŞ-ın MLS liqasında çıxış edən bəzi komandalardan da təklif aldığı, lakin peşəkar karyerasına başladığı "Fluminense”yə üstünlük verdiyi mətbuatda əksini tapıb.


 
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->