Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) bütün tələbələri qızılca ilə əlaqədar iyunun 13-dək distant təhsilə keçirilib.
Bu barədə RİA Novosti universitetin bəyanatına istinadən
yazır.
Bundan əvvəl KİV-də MDBMİ-nin bir tələbəsində qızılca xəstəliyinin aşkarlandığı və epidemiyaya qarşı tədbirlərin görülməsi üçün universitetə göstəriş göndərildiyi barədə məlumatlar yayılmışdı.
Mayın əvvəlində məlum olub ki, Lomonosov adına Moskva Dövlət Universitetinin bir neçə fakültəsi də qızılca ilə əlaqədar mayın 17-dək distant təhsilə keçib.
Nizami Bağırov