Meksikanın Oaxaka əyalətinin Santa Katarina Meşoakan şəhərindən 32 km şimal-şərqdə 5,9 bal gücündə zəlzələ baş verib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, təkan yerin 40,2 km dərinliyində qeydə alınıb. Ölən və yaralananlar barədə məlumat yoxdur.
Ötən həftə əyalətin Pinotepa Nasional ərazisində 7,2 bal gücündə zəlzələ baş vermişdi.
Gülşən