Dünya 23:24 09.09.2023

Mərakeşdə güclü zəlzələ oldu: Ölü sayı 1300-ü keçdi (YENİLƏNİB/FOTO)

Mərakeşdə güclü zəlzələ nəticəsində ölənlərin sayı 1 305 nəfərə çatıb.

Qaynarinfo "Al Arabiya"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təbii fəlakət zamanı azı 1832 nəfər yaralanıb.
 
18.14
 
Mərakeşdə zəlzələdə ölənləri sayı 1000-i keçib, 1200-dən çox yaralı var.

Qaynarinfo xəbər verir ki, Mərakeş Krallığının televiziyası zəlzələdə 1037 nəfərin həyatını itirdiyi, 1204 nəfərin yaralandığı barədə məlumat yayıb.

Axtarış-xilasetmə işləri davam etdirilir.

11.38
 
Mərakeşdə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 632-yə çatıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Krallığın Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

Mənbənin sözlərinə görə, 329 nəfər yaralanıb.

Qeyd edək ki, Mərakeş şəhərindən 72 kilometr qərbdə 6,9 bal gücündə baş verən zəlzələ ətraf şəhərlərdə, o cümlədən Aqadir, Kasablanka, Kenitra, Rabbat, Essauirada da hiss olunub. ABŞ Geoloji Xidmətinin məlumatına görə, 120 ildən çox müddətdə bölgədə bu şiddətdə zəlzələ baş verməyib.
 
09.42

Gecə saatlarında Mərakeşdə 7 maqnitudalı zəlzələ baş verib.

Qaynarinfo xəbər verir ki, ki, bu barədə "CNN" məlumat yayıb.
 
Məlumata görə, zəlzələ nəticəsində ölənlərin sayı 296 nəfərə çatıb, yaralı sayı 153-dür. Yaralıların hamısı xəstəxanaya çatdırılıb.

Zəlzələ ocağı yerin 6 kilometr dərinliyində yerləşib. Dağıntılar altında qalanların olduğu və ölü sayının arta biləcəyi gözlənilir.