Almaniyanın
Federal Kansleri vəzifəsinə namizədlərdən biri Annalena Berbok Avropada qazın
qiymətlərinin cari sürətlə yüksəlməsini bazara uyğunsuz olduğunu hesab edir.
Qaynarinfo
xəbər verir ki, "İttifaq-90/”Yaşıllar” partiyasından olan siyasətçinin fikrincə,
bunun arxasında Rusiya Federasiyası tərəfindən maxinasiyalar durur.
"Yaşıllar"ın
liderlərindən birinin fikrinə görə, Moskvanın hərəkətləri onunla izah olunur ki,Kreml "Şimal axını 2" qaz kəmərini
ən qısa müddətdə işə salmaq istəyir. Bu baxımdan, ruslar "Şimal axını
2"-yə qalan icazələri tez bir zamanda almaq üçün siyasi təzyiqi artırmaq
istəyirlər", - Angela Merkelin mümkün varisi belə hesab edir.
Şərhlər