Cənubi Afrika Respublikasının paytaxtı Keyp Taunda məscidə hücum edilib.
Qaynarinfo xəbər verir ki, ibadət zamanı Somalidən olan şəxs məscidə daxil olub və insanlara bıçaqla hücum edib. Nəticədə 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
Polisin xəbərdarlığına məhəl qoymayan cinayətkar başından vurularaq zərərsizləşdirilib. 30 yaşlarında olan həmin şəxs qalmağa yeri olmadığını və məscidə gəlmək istədiyini deyib və ibadət zamanı gözlənilmədən hücuma keçib.
Gülşən