Məhkəmə məşhur amerikalı aktyor və televiziya ulduzu Bill Cosbi barəsindəki təcavüz ittihamlarını qəbul edib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, o, 14 il öncə öz evində Andrea Kostand adlı bir qadına narkotik maddə verdikdən sonra onu zorlamağa çalışmaqda ittiham edilib.
Jüri heyəti Filadelfiya ştatının Montqomeri bölgə məhkəməsinə çıxarılan aktyor barədə ittihamları doğru hesab edib və hər biri üçün 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası istənilib.