Xəbər lenti

İdman 17:25 10.07.2023

Məşhur fransız yunan klubundan ayrıldı

Fransa futbolunun məşhurlarından olan Matye Valbuena "Olimpiakos”la vidalaşıb.

Qaynarinfo-nun məlumatına görə, 2019-cu ildə "Olimpiakos"a yollanan 38 yaşlı futbolçu klubdan rəsmən ayrılıb. Bu barədə Yunanıstan təmsilçisi məlumat yayıb.

Klubdan verilən açıqlamada, "Kapitan, həm meydanda, həm də meydandan kənarda istedadına, keyfiyyətinə, döyüş ruhuna və aslan ürəyinə görə təşəkkürlər! Sən ölkəmizdə döyüşən ən yaxşı oyunçulardan birisən. Bu, qətiyyən vida deyil. Daha əvvəl razılaşdığımız kimi. Yollarımız tezliklə yenidən kəsişəcək. Pire sizin evinizdir və həmişə belə olacaq".

"Olimpiakos”da ümumilikdə 150 ​​oyun keçirən Valbuena bu müddətdə 18 qola, 43 məhsuldar ötürməyə imza atıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->