Böyük Britaniyada məşhur günəş kremi məhsullarından birinin satışına qadağa qoyulub. Məhsul ölkə sərhədində geri qaytarılıb.
Qaynarinfo Express-ə istinadən xəbər verir ki, Böyük Britaniyanın Məhsul Təhlükəsizliyi və Standartları İdarəsi (OPSS) ABŞ-dan gətirilən “Bubble Cosmetics Sunscreen Pack” məhsulunu “yüksək riskli” elan edib.
Qurumun məlumatına görə, məhsulun etiketlənməsi və izlənilməsi ilə bağlı tələblər yerinə yetirilməyib. Bu səbəbdən məhsul Böyük Britaniya sərhədində qəbul edilməyib və ölkədə istehlakçılara satıla bilməz.
OPSS bildirib ki, məhsulun üzərində günəş kremindən istifadə qaydaları və məhsulun izlənilməsinə dair bəzi məcburi məlumatlar yoxdur.
Qurumun açıqlamasında qeyd olunub ki, etiket məlumatlarının kifayət qədər olmaması istehlakçıların məhsuldan düzgün istifadə etməsinə mane ola, həmçinin məhsulun tənzimləyici baxımdan izlənilməsini çətinləşdirə bilər.
Məhsulun Avropa İttifaqının kosmetik məhsullara dair tələblərinə cavab vermədiyi də bildirilib.
“Bubble Cosmetics Sunscreen Pack” sarı rəngli karton qutuda müxtəlif günəşdən qoruyucu vasitələrdən ibarət dəst şəklində satılır.
Məhsul Böyük Britaniyada “Boots” və “ASOS” kimi mağazalarda, eləcə də brendin öz internet saytında satışa çıxarılıb. Şirkətdən məsələ ilə bağlı açıqlama tələb edilib.
Günay
Şərhlər