İdman 16:21 23.02.2024

Məşhur qapıçı karyerasını bitirəcəyini açıqladı

"Seltik"in ingilis qapıçısı Co Hart karyerasını biirmək qərarına gəlib.

Qaynarinfo-nun məlumatına görə, təcrübəli qapıçı sosial media hesabında mövsümün sonunda futboldan ayrılacağını açıqlayıb.  İngilis qolkiper bununla bağlı sosial media hesabında video paylaşıb  və "Mövsümü uğurla başa vurmaq üçün əlimdən gələni edəcəyəm. Sarsılmaz dəstəyinizə görə təşəkkür edirəm" - sözlərini yazıb.

"Mançester Siti”, "Tottenhem” kimi aparıcı komandalarda çıxış edən 36 yaşlı Hart 75 matçda İngiltərə millisinin qapısını qoruyub. Hart həmçinin İngiltərə Premyer Liqasında və Şotlandiya Premyer Liqasında iki dəfə çempion olub.

Səbuhi Həsənov