Mövsümün üçüncü böyük tennis turniri olan "Uimbldon"un rəhbərliyi Ukraynaya maliyyə yardımı etməyə hazırlaşır.
Qaynarinfo-nun məlumatına görə, turnirin təşkilatçısı "All England Lawn Tennis Club”un (AELTC) prezidenti Yan Hevitt ukraynalılara dəstək məqsədilə hər bilet üçün 1 funt sterlinq bağışlanacağını və yardımın məbləğinin 500 min funt sterlinqdən çox ola biləcəyini söyləyib.
Bununla yanaşı AELTC və Böyük Britaniya Tennis Federasiyası (LTA) Uimbldon turnirinin əsas püşkatma və ya seçmə mərhələlərində mübarizə aparacaq bütün ukraynalı idmançıların yerləşmə xərclərini qarşılayacaq. İyulun 3-16-sı aralığında keçiriləcək yarışa bir gün ərzində min ukraynalı qaçqın da dəvət olunacaq.
Rusiya və Ukrayna arasındakı müharibəyə cavab olaraq, ötən il Rusiya və Belarus tennisçilərinin yarışa qatılmasına icazə verməyən Uimbldon rəhbərliyi builki turnirdə qadağanı ləğv edib.
Səbuhi Həsənov
Şərhlər