Xəbər lenti

İdman 10:20 05.04.2024

Məşhur tennisçi: “Bədənim buna icazə vermir”

Dünya tennisibnin keçmiş "1 nömrə”si Rafael nadal aprelin 7-14-də keçiriləcək "Monte Karlo Masters” turnirindən imtina etdiyini açıqlayıb.

Qaynarinfo-nun məlumatına görə, 11 çempionluqla "Monte Karlo Masters”in ən uğurlu tennisçisi  olan Nadal, açıqlamasında, "Təəssüf ki, "Monte Karlo”da oynamayacağımı söyləməliyəm. Bədənim icazə vermir. Mənim üçün çox vacib olan turnirlərdə oynamaq və yenidən yarışmaq əzmi ilə hər gün çox çalışsam, maksimum səy göstərsəm belə, Monte Karloda oynaya bilməyəcəm” - deyib.

Karyerasında 22 Böyük Dəbilqə tituluna sahib olan 37 yaşlı Nadal bu mövsüm yalnız Brisbendəki turnirdə mübarizə aparıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->