Xəbər lenti

Məşhur tennisçi bu sahəyə sərmayə qoydu
İdman 18:01 16.12.2022

Məşhur tennisçi bu sahəyə sərmayə qoydu

Tennisin canlı əfsanəsi Rafael Nadal otel sənayesində çalışacaq.

Qaynarinfo-nun məlumatına görə "Melia" otellər şəbəkəsinin sahibi Eskarrer ailəsi ilə müqavilə bağlayan dünyaca məşhur idmançı bu sahəyə sərmayə qoyub. "Melia International Hotels Group"un sahibi Qabriel Eskarrer ilə quracaqları "Zel" adlı otellər şəbəkəsi Madriddə təqdim edilib.

Eskarrer və Nadalın uzun müddətdir bu layihə üzərində çalışdıqları bildirilsə də, ispan tennisçinin doğulub yaşadığı Mayorkada ilk otelin 2023-cü ilin yayında açılacağı bildirilir. Bununla yanaşı yaxın 4-5 il ərzində Madrid, Paris, London kimi müxtəlif şəhərlərdə 20-yə qədər "Zel” otelinin açılması planlaşdırılır.

Nadal yeni işi ilə bağlı açıqlamasında "Çox həyəcanlıyam. Mən həmişə qonaqpərvərlik sənayesinə çox narahatlıqla baxmışam. Lakin ikimiz də maklyorkalı olaraq bir-birimizə güvənirik. "Zel" adı dünyanın ən gözəl yerlərindən biri olan Aralıq dənizinin səmasından ilhamlanıb” - sözlərini deyib.

İspan tennisçi təqdimat zamanı peşəkar karyerası ilə bağlı bunları deyib: "Düzdür, qarşıda kifayət qədər mürəkkəb təqvim var. 20 yaşım yoxdur, amma yubileyim mümkün qədər gec olacaq. İndi müxtəlif sektorlarla da məşğul ola bilirəm”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->