Xəbər lenti

Məşhur tennisçinin cəzası dörd ildən doqquz aya endirildi
İdman 11:55 06.03.2024

Məşhur tennisçinin cəzası dörd ildən doqquz aya endirildi

Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) Rumıniyalı tennisçi Simona Halepə dopinq qaydalarını pozduğu üçün verilən dördillik cəza doqquz aya endirilib. 

Qaynarinfo-nun məlumatına görə Halep doqquzaylıq dövrü tamamladığı üçün dərhal tennisə qayıda biləcək. CAS-ın verdiyi açıqlamada Halepin qadağan olunmuş maddədən şüurlu şəkildə istifadə etmədiyinə qərar verildikdən sonra cəzasının azaldıldığı bildirilib.

Karyerasında iki böyük dəbilqə çempionu olan Haleplə bağlı Beynəlxalq Tennis Dürüstlük Agentliyi (ITIA) 2022-ci ildə dördillik cəza qərarı çıxarmışdı. 32 yaşlı tennisçi CAS-a müraciət edərək qadağanın aradan qaldırılmasını və ya müddətin azaldılmasını istəmişdi.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->