Dünya 01:20 07.11.2023

Məşhur yapon zəlzələ mütəxəsssisindən önəmli açıqlama: "Bu şəhərdə 6,5 bal zəlzələ olacaq"

Bildiyimiz kimi Yaponiyada zəlzələ və sunami kimi təbii fəlakətlər çox olur. Bu səbəbdən də, bu ölkənin alimləri məhz bu istiqamətdə tədqiqatlarını durmadan artırırlar.

Qaynarinfo baku.ws-ə istinadən xəbər verir ki, zəlzələnin hansı ərazilərdə olacağını əvvəlcədən proqnozlaşdıran və təbii fəlakətin təsirləri azaltmaq istiqamətində çalışan yapon alim Djoshinori Morivaki yeni açıqlamaları ilə gündəmə gəlib.

Alim bildirib ki, Türkiyənin İzmir şəhərində 6,5 başl gücündə zəlzələ gözlənilir. Bu da, güclü zəlzələlər kateqoriyasına daxildir.

Yapon mütəxəssisin sözlərinə görə, yeni araşdırmalarına görə, insanlar zəlzələ zamanı həyatda qalmaqları üçün müəyyən tələbləri yerinə yetirməlidirlər.

Beləcə də, zəlzələyə hazır olduqda, yarana biləcək 70 faiz fəsadların qarşısı alına bilər. Morivaki zəlzələdən sağ çıxmaq üçün alınmalı olan tədbirləri də açıqlayıb.

"İlk öncə, yaşadığınız binanın təməli əvvəldən möhkəm olmalıdır. Evin içərisində əşyalar mütləq sabit və möhkəm qoyulmalıdır”, - deyə alim bildirib.


Morivakin sözlərinə görə, mütləq zəlzələ təhlükəsi olan ərazilərdə yaşayan insanlar zəlzələ çantalarını hazır etməlidirlər:

"Bir insan su olmadan neçə gün yaşaya bilər? İnsan su olarsa, bir aya qədər yaşaya bilər. Dağıntı altında qaldıqda, mütləq özünüzü psixoloji hazırlayın.

Kömək çağırdıqda, lakin səsiniz yetərincə çıxmadıqda, mütləq yaxınlıqdakı sərt əşya tapmalı və səs çıxana qədər möhkəm yerə vurmaq lazımdır”.

Yapon alim digər məsələlərin də önəmli olduğunu vurğulayıb. İnsanların bu istiqamətdə mütləq çalışmalı olduqlarını bildirib.