Meksika millisinin futbolçusu Andres Quardado dünya çempionatlarında rekordu təkrarlayıb.
	
Qaynarinfo xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi bu nəticəyə Qətərdə keçirilən mundialda Argentinaya qarşı oynamaqla imza atıb.
	
Quardado karyerasında 5-ci dəfə turnirdə iştirak edib. O, Antoni Karbahal, Rafael Markes (hər ikisi Meksika), Lotar Matteus (Almaniya), Canluici Buffon (İtaliya), Lionel Messi və Kriştianu Ronalduya (Portuqaliya) çatıb.
 
	
Messi və Ronaldu da DÇ-2022-də rekordçular sırasına düşüb.
	
Dünya çempionatlarında 21-ci qarşılaşmasına çıxan Messi bu göstəriciyə görə əfsanəvi Dieqo Maradonanın nailiyyətini təkrarlayıb.
	
Qeyd edək ki, Argentina - Meksika oyununda ilk hissə oynanılır və hesab açılmayıb.
             
            
Şərhlər