Xəbər lenti

İdman 17:55 02.10.2023

Meydanda dəhşət - qapıçı xəstəxanalıq oldu, oyun yarımçıq qaldı

Niderland Erediviziyasının yeddinci turu çərçivəsində baş tutan "Valviyk" - "Ayaks" matçında üzücü hadisə yaşanıb.

Qaynarinfo-nun məlumatına görə, oyun zamanı meydan sahiblərinin qapıçısı Etyen Vassen rəqib futbolçu Brayan Brobbi ilə toqquşub. Brobbi butslarının altında qalan qapıçının başı ciddi zədə alıb və o xəstəxanalıq olub. Əvvəlcə ilkin tibbi yardım göstərilən Vassen daha sonra təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Bu hadisəyə görə hər iki komandanın futbolçularından bəziləri göz yaşlarını saxlaya bilməyib. Qarşılaşmanın baş hakimi isə qalan dəqiqələri oynatmayıb. 

Son məlumatlarda 28 yaşlı qolkiperinin vəziyyətinin ağır olduğu bildirilib. 
 


 
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->