Xəbər lenti

Milli Məclis İran parlamentinə qarşı cavab bəyanatı verdi
Siyasət08:05 07.04.2023

Milli Məclis İran parlamentinə qarşı cavab bəyanatı verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Məclis İran parlamentinə cavab bəyanatı hazırlayıb. 
Qaynarinfo xəbər verir ki, bəyanat mətninin layihəsini deputat Kamran Bayramov parlament üzvlərinin diqqətinə çatdırıb.
Bəyanat səsverməyə çıxarılaraq qəbul edilib.
Bəyanatda deyilir ki, Milli Məclis İran parlamentinin aprelin 5-də Azərbaycanın İsraildə səfirlik açmasını pisləyən bəyanat qəbul etməsini ölkəmizin daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirir:
"Azərbaycana qarşı açıq hörmətsizliyin bariz nümunəsi olan bu bəyanat İranın növbəti siyasi təxribatıdır”.