Xəbər lenti

Millimiz bu gün növbəti matçına çıxır
İdman06:23 12.09.2023

Millimiz bu gün növbəti matçına çıxır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
De Byazinin rəhbərlik etdiyi millimiz bu gün bu gün növbəti matçına çıxacaq.
 
Qaynarinfo-nun məlumatına görə, komandamız beynəlxalq yoldaşlıq görüşü çərçivəsində İordaniya ilə qarşılaşacaq. "Dalğa Arena”da keçiriləcək görüşün start fiti saat 20:00-da səsləndiriləcək. Qarşılaşma "CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq. Oyunu Türkiyədən olan hakimlər briqadası idarə edəcək:
Beynəlxalq yoldaşlıq görüşü 
20:00. Azərbaycan – İordaniya
Hakimlər: Arda Kardeşler, Ceyhun Sesigüzel, İbrahim Çağlar Uyarcan (Türkiyə), Tural Qurbanov (Azərbaycan)
Bakı, "Dalğa Arena".
Səbuhi Həsənov