Xəbər lenti

Millimizdə İsayev müəmması: Santuş
İdman 19:05 23.05.2025

Millimizdə İsayev müəmması: Santuş "zədəlidir", xəstəxana "sağlamdır" deyir

"Qarabağ" klubunun və Azərbaycan milli komandasının futbolçusu Aleksey İsayev ümumi müayinədən keçib. Kardioloq, travmotoloq, ümumi cərrah, terapevt, nevroloq, oftalmoloq, fizioterapevt və LOR yoxlanışından sonra qan analizləri götürülüb. Onun sağlamlığında heç bir problem aşkarlanmayıb.

Teleqraf-ın məlumatına görə, bu barədə "Liv Bona Dea Hospital"ın yaydığı açıqlamada bildirilir.

İsayevin Nəriman Axundzadə, Amin Rzayev, Amin Ramazanov kimi səhhətində problemin olmadığı vurğulanıb.



Millinin baş məşqçisi Fernandu Santuş isə bu gün keçirdiyi mətbuat konfransında İsayevin zədə səbəbindən milliyə çağırılmadığını söyləyib.

Qeyd edək ki, Azərbaycan yığması iyunun 7-də səfərdə Riqada Latviya, iyunun 10-da isə Bakıda Macarıstanla yoldaşlıq görüşü keçirəcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->