Xəbər lenti

Millimizin üzvü Rumıniyada kubokun qalibi oldu, ən yaxşı seçildi
İdman06:17 15.05.2023

Millimizin üzvü Rumıniyada kubokun qalibi oldu, ən yaxşı seçildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban "CSM Lugoj" komandası ilə Rumıniya Kubokunun qalibi olub.
Qaynarinfo-nun məlumatına görə, 28 yaşlı oyunçunun çıxış etdiyi kollektiv finalda "CSM Targoviste"ni 3:1 (25:16, 26:24, 22:25, 25:21) hesabı ilə üstələyib. Ruban bu qarşılaşmanın ən yaxşı voleybolçusu seçilib.
"CSM Lugoj" cari mövsüm ölkə çempionatında bürünc medala da sahib çıxıb.
Səbuhi Həsənov