İdman 13:51 07.02.2023

Millinin sonuncu görüşünün başlama saatı açıqlandı

DÇ-2024-ün əsas mərhələsi çərçivəsində martın 7-də keçiriləcək Polşa – Azərbaycan oyununun başlama saatı açıqlanıb.
 
Qaynarinfo xəbər verir ki, Polşanın Koşalin şəhərindəki idman zalında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da (yerli vaxtla 20:00) start götürəcək.
 
Bu, 6-cı qrupun sonuncu görüşü olacaq.