Argentina millisi Bakıda keçirilən minifutbol üzrə dünya çempionatını xalsız başa vurub.
Qaynarinfo-nun məlumatına görə, Cənubi Amerika təmsilçisi G qrupunun III turunda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) komandası ilə üz-üzə gəlib.
Milli Gimnastika Arenasındakı qarşılaşma asiyalıların qələbəsi ilə yekunlaşıb - 4:1.
Hər iki kollektiv mundialla vidalaşıb. BƏƏ üç xalla üçüncü yeri tutubsa, bütün görüşlərdə uduzan Argentina qrup sonuncusu olub.
G qrupunun Çexiya - Gürcüstan qarşılaşması saat 18:15-də başlayacaq. Bu matç qrupda ilk pillənin sahibini müəyyənləşdirəcək. Hər iki yığmanın altı xalı var.
Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.
Şərhlər