İdman 20:05 01.05.2022

Mino Rayolanın nə qədər mirası qalıb?

Şənbə günü dünyasını dəyişən məşhur futbol agenti Mino Rayolanın qazancı açıqlanıb.

Qaynarinfo xəbər verir ki, 54 yaşlı menecer başda Zlatan İbrahimoviç, Erlinq Holand və Pol Poqba kimi bir çox ulduz olmaqla, bütün transferlərdən milyonlar qazanıb.

O, ümumi dəyəri 800 milyon avrodan çox olan transfer əməliyyatlarında iştirak edib. Adətən marketinq müqavilələri üzrə 10 faiz, lakin çox vaxt beş faiz komissiya alan Rayolanın varidatına gəlincə, "Forbes"in məlumatına görə, o, 85 milyon avrodan çox gəlir əldə edib. 

İtaliya mətbuatı Erlinq Holandın transferinin tamamlanacağı halda, Rayolanın sərvətinin 100 milyonu keçəcəyini hesablayıb.