Xəbər lenti

Dünya 16:00 20.02.2024

MİT Çin və Fransa kəşfiyyatına qarşı əməliyyat keçirdi - 9 casus tutuldu

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Fransa casus şəbəkəsinə qarşı əməliyyat keçirib, 3 şübhəli saxlanılıb.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, onların suriyaəsilli olduqları qeyd edilib.

MİT-in İsrail, İran və Rusiya məxfi xidmət orqanlarının fəaliyyətinə qarşı Türkiyədə həyata keçirdiyi casusluq əməliyyatlarından sonra Fransa Xarici Kəşfiyyat Xidmətinin (DGSE) casusları da ifşa edilib.

Məlumata görə, üç nəfərlik qrupa Ahmet Katie rəhbərlik edirmiş. Onlar Türkiyədən xaricə getmək istəyən qaçqınlara işgəncələr verilməsi haqqında saxta infomasiyalar toplayıb Fransa kəşfiyyatına ötürürmüşlər. Vurğulanıb ki, onlar Fransa kəşfiyyatına bir ildir casusluq edirmişlər.

MİT İstanbulda 6 nəfəri isə Çin kəşfiyyatına işləmək şübhəsi ilə saxlayıb. Bu barədə "Cümhuriyyət” qəzeti hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Saxlanılanların Türkiyədə yaşayan Çinin Sincan-Uyğur Muxtar Bölgəsindən (SUMR) olan insanların və yerli təşkilatların fəaliyyəti barədə məlumatlar topladığı iddia edilir. Əməliyyat səhər saatlarında İstanbul prokurorluğunun apardığı casusluq fəaliyyəti ilə bağlı araşdırma çərçivəsində həyata keçirilib. Casuslardan daha birinin axtarışları davam edir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->