Xəbər lenti

Mövsümün ən yaxşı oyunçusu açıqlandı (SİYAHI)
İdman 18:38 02.07.2023

Mövsümün ən yaxşı oyunçusu açıqlandı (SİYAHI)

İspaniyanın Nüfuzlu "Marca" nəşri 2022/2023 mövsümünün ən yaxşı futbolçularının siyahısını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, "Mançester Siti"nin norveçli hücumçusu Erlinq Holand bütün rəqiblərini qabaqlayıb. İlk "üçlük"də "İnter Mayami"nin argentinalı superulduzu Luonel Messi və "Real Madrid"in braziliyalı hücumçusu Vinisius Juniorun da adı var.

Qalib jurnalistlər, sabiq futbolçular və məşqçilər, eləcə də "Marca"nın elektron versiyasının izləyiciləri tərəfindən müəyyənləşdirilib.

Mövsümün 10 ən yaxşı futbolçusu isə aşağıdakılardır:

1. Erlinq Holand ("Mançester Siti")
2. Lionel Messi (PSJ/"İnter Mayami)
3. Vinisius Junior ("Real Madrid")
4. Kilian Mbappe (PSJ)
5. Kevin De Bröyne ("Mançester Siti")
6. Rodri ("Mançester Siti")
7. Antuan Qrizmann ("Atletiko Madrid")
8. Viktor Osimhen ("Napoli")
9. İlkay Gündoğan ("Mançester Siti"/"Barselona")
10. Xviça Kvaratsxeliya ("Napoli")

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->