Moldovanın baş naziri Vasile Tofan Niderlandda təhsil aldığı illərdə Çin restoranında aşpaz, kimya zavodunda operator və poçt çeşidləmə mərkəzində yükdaşıyan kimi işlədiyini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə o, Rumıniyanın "Adevarul" nəşrinə müsahibəsində danışıb.
Hökumət başçısının sözlərinə görə, Rotterdam Universitetində təhsil alarkən təhsil xərclərini ödəmək üçün eyni vaxtda bir neçə işdə çalışıb. Onun işlədiyi yerlər arasında Çin restoranı, "DuPont" şirkətinin müəssisəsi və "UPS" poçt çeşidləmə mərkəzi olub.
"Bu, mənim həyat məktəbim idi. Məhz o zaman başa düşdüm ki, fiziki əməyə xüsusi istedadım yoxdur”, deyə Tofan bildirib.
Daha sonra o, "Philips" şirkətində tibbi avadanlıqlar və informasiya texnologiyaları sistemləri sahəsində fəaliyyət göstərib. Bu təcrübə onu tibbi məlumatların təhlili üçün alqoritmlər hazırlamağa sövq edib və nəticədə reproduktiv sağlamlıq problemi yaşayan cütlüklər üçün virtual köməkçinin yaradılmasına gətirib çıxarıb.
Tofan qeyd edib ki, bu iş təcrübələrinin hamısı peşəkar əlaqələr üçün nəzərdə tutulmuş "LinkedIn" sosial şəbəkəsindəki profilində də əks olunub.
Aydın
Şərhlər