Moldova prezidenti Maia Sandu ölkənin Milli Ordu Günü münasibətilə təbrikində daxili imkanlar və strateji tərəfdaşların köməyi ilə silahlı qüvvələrin modernləşdirilməsindən danışıb.
Qaynarinfo bu barədə noi.md portalına istinadən xəbər
verir.
"İndi biz müdafiə sektorunun baxımsızlıq dövrünü kompensasiya etməyə çalışırıq. Bu il daxili resursları səfərbər etməklə və strateji tərəfdaşların köməyinə arxalanaraq müdafiə kompleksinin modernləşdirilməsi üçün büdcə ayırmalarının əhəmiyyətli dərəcədə artmasına nail olduq”, deyə Sandu bildirib.
Prezident vurğulayıb ki, Milli Ordunun əməkdaşları öz vəzifələrini yerinə yetirmək üçün müasir texnikaya və yüksək səviyyəli hazırlığa malik olmalıdırlar:
"Son illərin böhranları, sərhəddə gedən müharibə fonunda vətəndaşların təhlükəsizliyinin yaxşı təlim keçmiş və hərtərəfli təchiz edilmiş Milli Ordudan asılıdır. Milli Ordunun hərbi və mülki işçilərinin yaxşı həyat və iş şəraiti, müasir texnikası və yüksək keyfiyyətli təlimi olmalıdır”.
Aydın
Şərhlər