Xəbər lenti

MSK prezident seçkilərində "exit poll" keçirəcək təşkilatları qeydə aldı (SİYAHI)
Siyasət11:05 24.03.2018

MSK prezident seçkilərində "exit poll" keçirəcək təşkilatları qeydə aldı (SİYAHI)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Mərkəzi Seçki Komisiyasının (MSK) növbəti iclası keçirilib.
Qaynarinfo xəbər verir ki, Məzahir Pənahovun sədrliyilə keçirilən iclasda 4 təşkilatın aprelin 11-nə təyin olunmuş prezident seçkilərində "exit poll" keçirmələri ilə bağlı müraciətlərinə baxılıb.
Bunlar "Els" Müstəqil Araşdırmalar Mərkəzi, "RƏY” Monitorinq Mərkəzi, , Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzidir.
MSK həmin təşkilatları qeydə alıb.