Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədən sonra ABŞ və Avropa ölkələri öz hava məkanını Rusiya təyyarələri üçün bağlayıb. Rusiyaya məxsus "Boieng” və "Airbus” təyyarələri isə ölkədən çıxa bilmir, çünki Qərb lizinq şirkətləri tərəfindən geri alına bilər.
"Rusiya hökuməti Rusiya hava yollarını o təyyarələri oğurlamağa məcbur etdi”, deyə "AAC Aviation” aviasiya şirkətindən Viktor Berta bildirir.
Dublin şəhərində yerləşən dünyanın ən böyük lizinq şirkəti "AerCap”ın Rusiyada 100-dən çox təyyarəsi ilişib qalıb. Şirkət bu təyyarələrə görə Rusiyaya qarşı 3.5 milyard dollarlıq sığorta davası açıb.
Başqa bir şirkət "Avolon” isə bir müddət əvvəl 4 təyyarəni geri ala bilib. Şirkətə məxsus 10-dan çox təyyarə isə Rusiyadadır. Onların ümumi dəyəri 304 milyon dollar civarında dəyərləndirilir.
Hazırda Rusiya ancaq limitli ölkələrə uçuş həyata keçirə bilir.
"FlightRadar24” saytının məlumatına görə, Ukraynada müharibənin başladığı gündən iki həftə bundan əvvələ qədər Rusiyadan xaricə təyyarə səfərləri 1126-dən 181-ə düşüb. Ancaq keçən həftə beynəlxalq uçuşların sayı 379-a qalxıb. Bunlardan 103-ü Türkiyəyə, qalanları isə Mərkəzi Asiya ölkələrinə olub.
"FlightRadar24” bildirir ki, Rusiya istehsalı reaktiv təyyarələr Misir, İsrail və Türkiyəyə müntəzəm uçuşlar edirlər.
"Aljazeera”yə anonim danışan aviasiya eksperti deyir ki, Rusiyada lizinq şirkətlərinə məxsus 500 təyyarə var və onlar ölkədən çıxa bilmir, çünki şirkətlər onu Rusiyanın əlindən
ala bilər.
Rusiyanın hazırda bəzi köhnə model "Beoing” və "Airbus” təyyarələrini beynəlxalq səfərlər üçün istifadə edir. Ancaq "Beoing” və "Airbus” artıq Rusiyaya təyyarələrin lazimi texniki vasitələrini satmır.
"AeroDynamic” konsultasiya firmasından Mayk Stengel deyir ki, Rusiya aviasiyası İran aviasiyanın vəziyyətinə düşə bilər. İran da müxtəlif vasitələrlə, daxili bazarın əldə etdiyi hisslərdən istifadə edilməsi ilə xarici təyyarələr parkını aktiv saxlaya bildi.
Stengel bildirir ki, Rusiyanın uğurlu aerokosmik sənayesi var və o əvvəllər təyyarə istehsal edib. Yəni onların təyyarə komponenetlərini lahiyələndirmə və istehsal tarixi var. Onların istehsal etdiyi şeylər mükəmməl olmayacaq, ancaq Qərbdə istehsal edilmiş təyyarələri on illərlə uçmağını təmin edəcək.
Nurlan
Şərhlər