"Bu gün müharibənin dayandırılması məsələsi ilə bağlı bir çox şeylər Vladimir Putindən asılıdır. Amma ABŞ-dan daha çox asılıdır, çünki rus diktatoru Donald Tramp və Amerikadan daha zəifdir".
Qaynarinfo xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski "Fox News”a
müsahibəsində deyib.
Jurnalist Zelenskiyə sual verib ki, "Putin qərar qəbul edib Ukraynada müharibəyə son qoya bilərmi?" Zelenski suala cavab verərək deyib ki, bəli, belədir, amma ABŞ-ın rolu daha böyükdür, çünki Kremlin rəhbəri Amerikadan zəifdir.
"Əminəm ki, bu gün bu, Putindən asılıdır. Bunu edə bilər. O, istəyə və bu müharibəni bitirə bilər. Ancaq bu, Amerika Birləşmiş Ştatlarından daha çox asılıdır, Putin ABŞ-dan daha zəifdir", deyə Ukrayna dövlət başçısı bildirib.
Zelenski sözlərini onunla əsaslandırıb ki, Amerika liderinin gücü, səlahiyyəti, silahı var və o, enerjinin qiymətini aşağı sala bilər. Sonuncu faktordan danışan Zelenski 2025-ci il yanvarın 20-də iki aydan sonra rəsmi olaraq vəzifəsinin icrasına başlayacaq ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa müraciət edib.
"Yeri gəlmişkən, mən mediada prezident Trampdan onun enerji qiymətlərini, neft qiymətlərini azaltmağı düşündüyünə dair siqnal eşitdim və bunu etmək lazımdır", deyə Zelenski bildirib.
Jurnalist daha sonra prezidentdən Trampın müharibəni bitirmək üçün Putinə təsir edə biləcəyinə ümidinin olub-olmadığını soruşub. Ukrayna prezidenti bunun asan olmayacağını söyləyib, lakin yeni seçilmiş prezidentin və ABŞ-ən Putindən güclü olduğunu vurğulayıb:
"Bu, asan olmayacaq, amma mən hesab edirəm ki, ABŞ-ın bütün imkanlarından istifadə etsə, bunu edə bilər. Çünki o, Putindən qat-qat güclüdür. ABŞ daha güclüdür, iqtisadiyyat daha güclüdür, pul, böyük pullar, ABŞ-ın böyük, çox böyük təsiri var".
Nizami Bağırov
Şərhlər