Xəbər lenti

Müsavat Partiyasının qurultayı başlayır - FOTOLAR
Siyasət05:15 27.09.2014

Müsavat Partiyasının qurultayı başlayır - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün- sentyabrın 27-də Müsavat Partiyası VIII Qurultayını keçirəcək. Musavat.com-un əməkdaşının verdiyi xəbərə görə, Əmircan qəsəbəsindəki Səttar Bəhlulzadə adına mədəniyyət evində keçiriləcək qurultaya artıq qeydiyyat başlanıb. 587 qurultay üzvündən yüzdən artığı artıq qeydiyyatdan keçib.

Qurultay saat 11.00-da başlanacaq. Bu qurultayın bir özəlliyi ondadır ki, partiya yeni başqanını seçəcək. Başqanlığa isə dörd namizəd var. Bunlar Arif Hacılı, Qubad İbadoğlu, Tural Abbaslı və Səxavət Əlisoydur (musavat.com)

Qaynar.info