Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Elman Quliyev partiyadan xaric edilib.
Bu barədə Qaynarinfo-ya partiyadan məlumat verilib. Məlumata görə, Elman Quliyevin partiya sıralarından çıxarılmasına səbəb partiya nizamnaməsini pozmasıdır.
Qeyd edək ki, bununla bağlı qərar bu gün keçirilən divan iclasında verilib.
Bahar Rüstəmli