Xəbər lenti

İdman 22:01 12.09.2023

Nadal kortdan kənarda da rekord qırdı

Tennisin əfsanəvi idmançılarından olan Rafael Nadal sosial şəbəkədə rekord qırıb.

Qaynarinfo-nun məlumatına görə, Nadal İnstaqramda 20 milyon izləyiciyə çatan ilk tennisçi olub. Yanvar ayından zədəsi səbəbindən kortlara çıxa bilmir.

İnstaqramda 20 milyon izləyici həddini keçən 37 yaşlı Nadal sosial media platformalarında bu rəqəmə çatan ilk tennisçi olmaq rekordunu qırıb.

Nadalın Feysbukda 14, əvvəllər "Tvitter" adı ilə tanınan "X" sosial şəbəkəsində isə 15,6 milyon izləyicisi var. Onun əzəli rəqibi Novak Cokoviçin isə "İnstagram"da 13,8, "Facebook"da, 10,  "X"də isə 9,2 milyon izləyicisi var.

2022-ci ildə aktiv tennisçi karyerasını bitirən isveçrəli Rocer Federer "Instagram"da 12, "Facebook"da 18 və "X"də 12,7 milyon izləyiciyə malikdir. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->