Xəbər lenti

“Natiq Cəfərlinin müraciətinə baxılacaq, çox mədəni adamdır” - MSK sədri
Siyasət13:41 11.09.2024

“Natiq Cəfərlinin müraciətinə baxılacaq, çox mədəni adamdır” - MSK sədri

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Mərkəzi Seçki Komissiyasına 12 müraciət daxil olub”.
"Qafqazinfo” xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov Komissiyanın bu gün keçirilən iclasında deyib.
Məzahir Pənahov bildirib ki, MSK-ya müraciətlərin daxilolma müddəti bu gün yekunlaşır:
"Hay-küy salmağa ehtiyac yoxdur. Kimsə bizə indi birbaşa müraciət təqdim etsə, buna baxmağa bizim ixtiyarımız yoxdur. Əgər müraciət poçtla göndərilibsə və dairənin qərarından 3 gün keçənədək müraciət daxil olarsa, MSK ona baxa bilər”.
"MSK sabah 3 müraciətə baxacaq. MSK işinə məsuliyyətlə yanaşır. Hər müraciətin vergülünə qədər müzakirə aparır, təkrar-təkrar gözdən keçiririk. Sabah Müsavat Partiyasının namizədinin və Natiq Cəfərlinin şikayətinə baxılacaq. O, çox mədəni adamdır”, - M.Pənahov əlavə edib.