Xəbər lenti

Nazir bu xanımı xidmət rəisi təyin etdi
Ölkə 17:59 30.05.2024

Nazir bu xanımı xidmət rəisi təyin etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinə yeni rəis təyin edilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə bu vəzifəyə tibb xidməti polkovnik-leytenant Vəfa Dadaşova təyin olunub. 

Qeyd edək ki, ötən ilin sentyabrında Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Mərkəzinin rəisi polkovnik Xanım Sofiyeva, ötən ilin dekbrında isə Tibb Xidmətinin rəisi polkovnik Pərviz Vəliyev vəzifəsindən azad edilib. 

Vəfa Dadaşova hər iki şəxsin vəzifəsini icra edirdi. 

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->