Dünyanın ən böyük neft xidmətləri və avadanlıq tədarükçüsü olan SLB Rusiyaya məhsul və texnologiyaların tədarükünü dayandırır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Karib dənizindəki Kurakao adasında yerləşən aparıcı neft-servis şirkəti SLB öz qərarını Qərbin Rusiya Federasiyasına qarşı sanksiyalarının genişləndirilməsi ilə əlaqələndirir.
"SLB ixraca nəzarət qanunlarına və iqtisadi sanksiyalara son dərəcə ciddi şəkildə riayət etmək məsuliyyətini üzərinə götürür və şirkət Ukraynadakı müharibəni pisləmək və dayandırmaq üçün beynəlxalq ictimaiyyətin yanındadır", deyə şirkətin bəyanatında qeyd edilir.
SLB Ukraynanı işğal etdikdən sonra Rusiyanın neft sektorunda fəaliyyətini davam etdirən azsaylı təchizatçılardan biri idi. Bununla əlaqədar, Ukrayna Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Agentlik (NACP) SLB-ni beynəlxalq müharibə sponsorları siyahısına daxil edib.
Ən azı əvvəllər şirkətin Rusiyada, xüsusən də "Qazprom", "Lukoil" və "Rosneft" kimi Rusiyanın aparıcı neft-qaz şirkətlərində çalışan 9 minə yaxın işçisi var idi.
Aydın