Xəbər lenti

New York Times: Qarabağ, Belarus, Qırğızıstan Putinin təsirini zəiflədir
Siyasət05:31 13.10.2020

New York Times: Qarabağ, Belarus, Qırğızıstan Putinin təsirini zəiflədir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"New York Times” Belarus, Qırğızıstan və Dağlıq Qarabağdakı paralel böhranın bu bölgələrdə Rusiyanın təsir dərəcəsinə mənfi təsir edəcəyini proqnozlaşdırıb.

Qaynarinfo xəbər verir ki, amerikalı jurnalistlərin fikrincə, bu vəziyyət Kremli təəccübləndirib və "Prezident Vladimir Putinin dünya səhnəsindəki usta taktik imicinə xələl gətirib".

Məqalədə Rusiyanın uzun illər qlobal güc olmağa çalışdıqdan sonra qeyri-sabitliklə əhatə olunduğu qeyd olunur.

Nəşr Belarus və Qırğızıstan liderlərinin Moskvanın dəstəyinə baxmayaraq, devrilmək ərəfəsində olduğunu qeyd edib. Eyni zamanda, Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasındakı münaqişə "Rusiyanın bölgə ilə müxtəlif əlaqələr qurmasına imkan verən" kompromisi ləğv edə bilər.

Eyni zamanda, məqalədə daxili bir qeyri-sabitlik faktoru, xüsusən də Xabarovsk vilayətindəki etirazlar qeyd olunur.

NYT yazır: "Rusiyada pandemiyanın yaratdığı iqtisadi çətinliklər xalqın Putinə qarşı narazılığını daha da artırıb".

Alpər