Xəbər lenti

Novruz bayramında Abdulla Öcalan tarixi çağırış edəcək
Dünya19:10 18.03.2013

Novruz bayramında Abdulla Öcalan tarixi çağırış edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Həbsdə olan kürd yaraqlıları lideri Abdulla Öcalan Novruz bayramında 28 illik silahlı mübarizədə  tarixi çağırış edəcək.

Bu xəbəri Türkiyə parlamentinində kürd deputat Selahattin Demirtas verib.

Selahattin Demirtaş bazar ertəsi İmrali həbsxanasında Öcalanla görüşərkən Öcalanın ona verdiyi məktubu oxuyub.

Öcalanın məktubunda  o cümlədən deyilir: “ Mənim vermək istədiyim bəyanat tarixi olacaq.” “Mən silahlar məsələsini yubanmadan və heç bir insanın  həyatını  itirmədən həll etmək istəyirəm”.

PKK lideri olan Öcalan həmçinin Türkiyə parlamentini sülh prosesini daimi etməyə yardıma çağırır. Həmin sülh prosesi kürd yaraqlılarına silahı yerə qoymağa və Türkiyədən çıxıb getməyə imkan verir. /AzadlıqRadiosu