ABŞ-ın Ukraynaya hərbi dəstəyini davam etdirməsi prezident Co Baydenin siyasətinə görə sual altındadır.
Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times" yazır.
Məqalə müəllifləri qeyd edir ki, payızda dövlət başçısı Ukrayna və İsrailə yardıma vəsait ayrılması üçün parlamentə sorğu göndərib. Eyni zamanda, Ağ Evin sahibi sənədə Meksika ilə ümumi sərhədin qorunması üçün ölkə hökumətinə əlavə maliyyə ayrılması haqqında bənd əlavə edib.
Materialda vurğulanır ki, bu, miqrasiya böhranından bəhs etmək qanunvericilər üçün "şirin həb" olmalı idi. Jurnalistlərin fikrincə, prezident bu yolla ABŞ Konqresində respublikaçıların dəstəyini qazanmaq istəyib.
Lakin bu addım Baydenə istənilən nəticəni verməyib. Nəşrin müəllifləri aydınlaşdırıblar ki, Amerika lideri planlarını həyata keçirmək əvəzinə, çıxılmaz vəziyyətdə qalıb.
"Bu məsələni müzakirəyə çıxarmaqla o, Respublikaçıları sərhəddəki vəziyyətlə bağlı siyasətdə geniş dəyişikliklər tələb etmək hüququna təhrik etdi. Nəticə etibarı ilə onun öz partiyası bu məsələdə parçalanıb", deyə məqalədə qeyd edilir.
Jurnalistlər əlavə ediblər ki, indi prezident Ukrayna və İsrailin gələcək maliyyələşdirilməsi naminə mühafizəkarlara güzəştə getməli olacaq. Buna görə də Vaşinqtondan Kiyevə hərbi yardım indi "ipdən asılı" qalıb.
Aydın