Xəbər lenti

Nyu-Yorkda bir gündə 4,8 mindən çox insan koronavirusa yoluxdu
Dünya18:37 22.03.2020

Nyu-Yorkda bir gündə 4,8 mindən çox insan koronavirusa yoluxdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın Nyu-York ştatının hakimiyyət orqanları son sutka ərzində 4 812 yeni koronavirusa yoluxma hadisəsi qeydə alıb. 
Qaynarinfo Report-a istinadən xəbər verir ki, bu barədə martın 22-də keçirdiyi mətbuat konfransında ştatın qubernatoru Endryu Kuomo deyib 
O bildirib ki, yoluxma hallarının ümumi sayı 10 356-dan 15 168-ə yüksəlib.
"Koronavirusa yoluxma hallarının ümumi sayı 15 min, yeni halların sayı 4 812 təşkil edib", - Kuomo deyib. Onun sözlərinə görə, 15 168 nəfərdən 1 974-ü xəstəxanalara yerləşdirilib.