Ölkə 14:37 17.08.2023

“OBA” bu dəfə “Ümid yeri” uşaq sığınacağına qonaq getdi (FOTO/VİDEO)

Sosial məsuliyyət layihələrinə hər zaman xüsusi diqqət yetirən "OBA” marketlər şəbəkəsi bu dəfə "Ümid yeri” uşaq sığınacağını ziyarət edib. "OBA” qonaq gedir” layihəsi çərçivəsində baş tutan ziyarətdə valideyn himayəsindən məhrum olan uşaqlarla xoş vaxt keçirilib.

Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkil etdiyi tədbirdə "OBA” tərəfindən uşaqlara bir-birindən maraqlı qidalar çatdırılıb. Onlara "OBA” marketlər şəbəkəsinin şəxsi markası olan "De Monte” vafliləri və "Hər gün” markasının dondurmaları hədiyyə olunub.

Daha sonra uşaqlarla əyləncəli oyunlar keçirilib, onlara maraqlı olan mövzular barədə söhbət aparılıb.

Qeyd edək ki, "OBA” qonaq gedir” layihəsi ilk dəfə bu il Ramazan bayramı münasibətilə baş tutub. "OBA” Bakının 7 rayonunda onlarla aztəminatlı ailənin evində qonaq olub, onlara Ramazan sovqatı çatdırıb.

Azərbaycanın dörd bir yanında yaxın və qənaətli qonşu konsepsiyası ilə fəaliyyət göstərən "OBA” hər zaman uşaqlara xüsusi diqqət göstərməyə çalışır. Belə ki, şirkət "Xəyalların izində” layihəsi ilə regionlarda yaşayan uşaqların yay tətilində asudə vaxtlarını səmərəli keçirməsi və paytaxt Bakıda daha çox tanınan əyləncə növlərini yaşamaqları üçün bir-birindən maraqlı aktivliklər təşkil edir. Uşaqlar açıq havada film izləyir, onlar üçün Bakıdan dəvət olunmuş peşəkar aşpazlar tərəfindən səyyar qida maşınında bir-birindən maraqlı fastfudlar hazırlanır.

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "OBA Market” MMC 6000-ə yaxın əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur.