Xəbər lenti

Obama yenə “soyqırımı” demədi - Ermənilərə bəd xəbər
Dünya15:10 22.04.2016

Obama yenə “soyqırımı” demədi - Ermənilərə bəd xəbər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Aprelin 24-ü “erməni soyqırımı”nın ildönümündə ABŞ prezidenti Barak Obama çıxışında ermənilərin dilində “Böyük fəlakət” mənasını bildirən “Meds Yeghern” ifadəsini işlədib.

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi məlumata görə, Obamanın 24 aprel açıqlamasını İngiltərə səfərində verdiyi bildirilir.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama hazırda Böyük Britaniyada rəsmi səfərdədir. O, səfər çərçivəsində kraliça II Yelizaveta və baş nazir Devid Kemeronla görüşlər keçirəcək.

Xatırladaq ki, B. Obama 2008-ci ildə prezident seçkiləri kampaniyası zamanı ermənilərə 1915-ci il hadisələrini “soyqırımı” olaraq tanıyacağına dair söz vermişdi. Lakin prezident seçiləndən sonra hər il “Böyük fəlakət” ifadəsini işlədir.

Qaynarinfo.az